Hörmətli tərcüməçilər və qələm əhli,

redaktorlar, yazıçılar, kopirayterlər, jurnalistlər, işi SÖZƏ bağlı olan hər bir kəs,


Sizin çətin əməyinizi asanlaşdırmaq üçün yaradılmış bu lüğət resursuna xoş gəlmisiniz. Biz, Dilli Balıq Tərcümə Şirkəti əl altında yaxşı lüğət olmadan keyfiyyətli tərcümə etməyin nə qədər çətin olduğunun dəfələrlə şahidi olmuşuq.

Azərbaycan dili çox gözəl və şairanə dildir. O, Nəsimi, Füzuli, Axundov, Elçin, Anar kimi dahi yazıçı və şairlərin dilidir. Dilimizin tərəqqisi dövlətimizin inkişafı ilə ayaqlaşmalıdır. Dili inkişaf etdirmək bu dildə keyfiyyətli mətnlər yaratmaq deməkdir. Bu işdə isə lüğət çox böyük rol oynayır.

Hazırda lüğətimiz 294329 sözdən ibarətdir. Hər kəs dilimizi təmiz və daha gözəl etməyə kömək edə bilər.