Hörmətli Həmkar,
Bizim lüğət resursumuza baş çəkdiyiniz üçün Sizə təşəkkür edirik.
Bu lüğət indiyədək Azərbaycanda ingilis-Azərbaycan dilləri üzrə nəşr olunmuş ən zəngin lüğətin əsasında hazırlanıb. Təqribən 130 000 söz və söz birləşməsindən ibarət olan bu lüğət fəlsəfə elmləri doktoru, professor Oruc (Türksevər) Musayevin redaktəsi altında ərsəyə gəlib. Əlavə olaraq, lüğətin söz ehtiyatları tərcümə agentliyimizin peşəkar redaktorları tərəfindən müntəzəm olaraq genişləndirilir. İstifadəçilərimizin də söz əlavə edərək vahid lüğət bazasının yaradılmasına öz töhfələrini verəcəyinə ümid edirik.
Diqqətinizə çatdırmalıyıq ki, bu lüğət kompüter deyil, insan tərəfindən yaradılan lüğətlərin hesabına formalaşır və maşın tərcüməsi ilə heç bir şəkildə əlaqədar deyil.
Resursumuzun istifadəçiləri öz profillərini yarada, bura peşəkar təcrübələri haqqında məlumat əlavə edə bilərlər. Profildə istifadəçilərin saytda aktivlik statistikası da əksini tapır. İstifadəçilərin məlumatları tərcümə, kopiraytinq və digər xidmətlər axtarışında olan insanlar və şirkətlər üçün maraqlı ola bilər.
İstifadə edilmiş ədəbiyyatlar:
- İngilis-Azərbaycan dilləri üzrə lüğət Oruc Musayevin redaktəsi altında 130 000 söz Şərq-Qərb nəşriyyatı, 2002-ci il
Saytla işləməyinizin Sizin üçün son dərəcədə rahat və faydalı olması üçün saytın əsas Qaydaları ilə tanış olmağınızı rica edirik.
Saytla iş qaydaları
- Saytın fəal iştirakçısı olmaq üçün qeydiyyatdan keçməlisiniz.
- Qeydiyyatdan keçdikdən sonra Siz:
- sayta söz əlavə edə (saytın istənilən səhifəsindən),
- əlavə etdiyiniz sözləri redaktə edə və silə (profil səhifənizdən),
- digər istifadəçilərin əlavə etdiyi sözlərdə olan xəta haqqında məlumat verə biləcəksiniz (axtarış nəticələri səhifəsindən).
- Qeydiyyatdan keçdikdən sonra arzu etsəniz, şəkil, CV, əlaqə məlumatları, sosial şəbəkələrdəki profillərinizə linklər əlavə edərək Profilinizi genişləndirə bilərsiniz.
- Bundan başqa, Profilinizdə saytda Aktivlik Statistikası da avtomatik olaraq toplanır. Aktivlik Statistikası sizin əlavə etdiyiniz yeni sözləri və haqqında məlumat verdiyiniz xətaları əhatə edir.
- Profilinizdəki məlumatlar Profilinizə nəzər salan başqa istifadəçilərə açıqdır və onların sizin haqqınızda məlumat almasına, eləcə də təklif etdiyiniz terminlərin etibarlılığını qiymətləndirməsinə imkan verir.
Söz əlavə etmək
- Əlavə etdiyiniz sözün yanında Sizin İstifadəçi adınız görünəcək. Digər istifadəçilər bu ada klikləyərək Profilinizə nəzər sala bilərlər.
- Axtarış mexanizminin əlavə etdiyiniz sözləri tapa bilməsi və onların digər istifadəçilər üçün faydalı olması üçün söz əlavə edərkən aşağıdakı prinsiplərə riayət etmək lazımdır:
- * işarəsi ilə nişanlanmış xanaların doldurulması vacibdir.
- Bir orijinal sözün bir neçə tərcümə variantı ola bilər, lakin bir neçə orijinal söz daxil edilə bilməz.
- Tərcümə variantları arasında nöqtəli vergül qoyulur.
- Tərcümə xanasında heç bir halda / kəsr, – tire və ya ( ) mötərizə işarələrindən istifadə etməyin. Bunun üçün ya tərcüməni nöqtəli vergüllə ayıraraq iki variant şəklində yazın, ya da bütün əlavə məlumatı "Nümunə/İzahat" bölməsinə daxil edin.
Misal üçün:
- Söz: backache
Yanlışdır: Tərcümə: kürək/bel ağrısı
Düzgündür: Tərcümə: kürək ağrısı; bel ağrısı
- Söz: backbone
Yanlışdır: Tərcümə: kötük (kitabda, dəftərdə və s.)
Düzgündür: mötərizədəki izahatı (kitabda, dəftərdə və s.) "Nümunə/İzahat" xanasına yerləşdirin
- Xahiş edirik, söz əlavə edərkən orfoqrafik səhvlərə diqqət yetirəsiniz.
- Əlavə etdiyiniz orijinal sözün aid olduğu nitq hissəsini seçərkən diqqətli olun.
- Təklif edilən tematikaların siyahısında Sizə lazım olanı tapmasanız, öz variantınızı təklif edə bilərsiniz. Çalışın tematikaların sayını lazımsız yerə artırmayın və mümkün olduqca, mövcud tematikalardan istifadə edin. Siyahıda olmayan hər hansı yeni tematikada bir neçə söz əlavə etmək istəyirsinizsə, yeni tematika yaratmaq əvəzinə, bu barədə məlumatı "Qeydlər" bölməsinə daxil edə bilərsiniz.
- "Nümunə/İzahat" xanasına sözün cümlədə istifadə nümunəsi, istifadə edildiyi məzmun, izahat və əlavə etdiyiniz tərcümə variantını əsaslandıran digər faydalı məlumatları daxil edə bilərsiniz. Həmçinin buraya başqa internet resurslarına link yerləşdirə bilərsiniz.
- "Qeydlər" bölməsində əlavə edilən sözün mənbəyi göstərilir. Misal üçün, bu, çap lüğətidirsə, müəllifi, nəşriyyatı və kitabın nəşr edildiyi ili göstərin. Bu, sizin şəxsi lüğətinizdirsə, bu lüğəti nəyin tərcüməsi üzərində işləyərkən hazırladığınızı bildirə bilərsiniz. Bu məlumat etdiyiniz əlavələri nəzərdən keçirərkən moderatorlara kömək edəcək.
- Yeni söz əlavə edərkən proqram lüğətdə belə sözün olub-olmamasını yoxlayır. Təklif etdiyiniz söz lüğətdə yoxdursa, o, avtomatik olaraq lüğətin söz bazasına daxil olur.
- Yeni sözün əlavə edilməsindən sonra ana səhifədə sözlərin ümumi sayını göstərən sayğac bunu əks etdirir, əlavə etdiyiniz söz sayta əlavə edilmiş sonuncu 10 sözün siyahısına düşür, həmçinin Profil səhifənizdə Əlavə etdiyiniz Sözlərin Statistikasında görünür.
- Bir neçə söz deyil, bütöv lüğət əlavə etmək arzusundasınızsa, sözləri bir-bir əllə daxil etməyə ehtiyac yoxdur. Bunun üçün lüğət faylını sayta yükləmək kifayətdir. Moderasiyadan və söz bazasında olan sözlərin təkrarlarının silinməsindən sonra lüğət sistemə yüklənəcək, əlavə etdiyiniz sözlərin sayı isə Əlavə etdiyiniz Sözlərin Statistikasında nəzərə alınacaq.
- Sözlər əlavə edildikdən sonra moderator onları nəzərdən keçirir. Lazım gələrsə, o, əlavə edilmiş sözə dəyişiklik edə və ya onu tamamilə silə bilər. Müvafiq dəyişikliklər sizin saytda Aktivlik Statistikanızda da əksini tapacaq.
Əlavə edilmiş sözlərin silinməsi və redaktə edilməsi
Xəta barəsində məlumat
- Əgər Sizin əlavə etmədiyiniz sözlərdə səhv tapsanız, bu barədə axtarış nəticələri səhifəsində yerləşən "Xəta barəsində məlumat vermək" forması vasitəsilə moderatora məlumat verə bilərsiniz.
- Bunun üçün yanlış hesab etdiyiniz sözü seçmək və xətanın nədən ibarət olduğunu göstərmək lazımdır. Moderasiyadan sonra xəta düzəldiləcək.